Almaniya klubunun baş məşqçisi xəstəxanaya yerləşdirildi

“Auqsburq”un baş məşqçisi Hayko Herlix Almaniya Bundesliqasının 3-cü turu çərçivəsində keçiriləcək “Volfsburq”la oyunu buraxacaq.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.

48 yaşlı mütəxəssisin ağ ciyərində problem yarandığı və bu səbəblə xəstəxanaya yerləşdirildiyi bildirilib.

“Volfsburq”la oyunda onu köməkçilərindən biri əvəzləyəcək.

“Volfsburq” – “Auqsburq” oyunu sabah keçiriləcək. Əvvəlki iki turda qalib gələn “Auqsburq” turnir cədvəlində 2-ci pillədədir.