“Şalke” çətin vəziyyətdə: “Hər şey oyunların bərpasına bağlıdır”

Almaniyanın “Şalke” klubu maliyyə çətinliyi ilə üzləşib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbiylə ciddi maddi itki ilə üzləşən “Şalke” çətin vəziyyətdədir. Klubun direktoru Peter Peters də bu məlumatı təsdiqləyib:

“Hazırda ən vacib məsələ bu vəziyyətin nə qədər davam edəcəyidir. Klubun bütün qazancı oyunların keçirilməsinə bağlıdır. Xərclərimizi azaltmışıq, bəzi işçilərimizlə yollarımızı ayırmışıq. Futbolçular məvaciblərində güzəştə gedib, buna baxmayaraq, yaxın zamanda onlara məvaciblərin verilməsi dayandırıla bilər. Amma bütün bu tədbirlər kifayət etmir. Hər şey oyunların bərpasına bağlıdır. Bu, “Şalke” üçün çətin vəziyyətdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button