Bundesliqada yeni mövsümdə oyunlar azarkeşlərin iştirakıyla keçirilə bilər – Nazirdən açıqlama

Almaniya Bundesliqasının yeni mövsümündə oyunlar azarkeşlərin iştirakı ilə keçirilə bilər.

Komanda.az xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Horst Zeexofer yerli mətbuata müsahibəsində deyib. O, azarkeşlərin payızda stadionlara buraxıla biləcəyini açıqlayıb:

“Azarkeşlər payızda stadionlara buraxıla bilər. Bununla bağlı çoxdandır düşünürəm. Azarkeşlərin stadionlara buraxılması payızda ola bilər. Təbii ki, azarkeş sayları məhdud olacaq. Pillə-pillə bu say artırıla bilər”.

Almaniya Bundesliqasında son mövsümün qalibi “Bavariya” olub. Turnirdə yeni mövsümə sentyabrda start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button