“İlk hissədəki kimi oynasaq, liderliyi əldən verəcəyik” – Flik

Almaniya Bundesliqasının 22-ci turunda “Ayntraxt”a (Frankfurt) uduzan “Bavariya”nın baş məşqçisi Hans-Diter Flik açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Flik, 1:2 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları deyib:

“Ayntraxt” çox yaxşı oynadı. Həqiqətən, bizim üçün çətin oldu. İkinci hissə komandam daha yaxşı oynadı, lakin qol vura bilmədik. İlk hissədəki kimi oynasaq, liderliyi əldən verəcəyik”.

“Bavariya” hazırda Bundesliqada 49 xalla liderdir. Münhen təmsilçisinin ən yaxın izləyicisi “Leyptsiq”in 44 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button