Bundesliqa klublarından rekord gəlir

Almaniya Bundesliqasında iştirak edən klubların 2018/19 mövsümündə əldə etdikləri gəlirlər açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya Futbol Birliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda, Bundesliqa təmsilçilərinin 2018/19 mövsümündəki gəlirlərində 2017/18 mövsümünə nisbətən 5,4 faiz artımın olduğu bildirilib.

Bundesliqa klubları ötən mövsüm 4,2 milyard avro gəlir əldə edib. Bu çempionat tarixinin rekord göstəricisidir.

2-ci Bundesliqada isə ötən mövsümkü gəlirlər 782 milyon avro olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button