“Yorulmaz Rudi” vəfat etdi

Almaniyalı baş məşqçi Rudi Qutendorf vəfat edib.

Komanda.az xəbər verir ki, Qutendorf 93 yaşında həyatla vidalaşıb. Qutendorf dünya futbol tarixində ən çox komanda çalışdıran baş məşqçi olub. Ona “Yorulmaz Rudi” ləqəbi verilmişdi.

1950-ci illərdən məşqçilik karyerasına başlayan Rudi, 18-i yığma olmaqla, ümumilikdə 55 komandada çalışıb. Məhrum məşqçinin son iş yeri 23 yaşadək futbolçulardan ibarət Samoa milli komandası olub.

O, “Ştutqart”, “Şalke”, “Hamburq”, “Valyadolid”, “Herta” kimi klublarda da çalışmışdı.