“Alleqri mövsümün sonunda “Yuventus”dan ayrılacaq”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin komandadakı gələcəyi ilə bağlı açıqlama verilib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin keçmiş baş məşqçisi Civanno Qalone, onun “qoca sinyora”da son mövsümünü keçirdiyini deyib:

“Alleqri mövsümün sonunda komandadan ayrılacaq. Onun İtaliyada qalacağını düşünmürəm. Çempionlar Liqasında nəticə nə olur olsun, onun burdakı macərası bitdi”.

O, eyni zamanda, italiyalı mütəxəssisin mövsümün əvvəlində təklifindən imtina etdiyi klubların adlarını da açıqlayıb:

“Alleqri keçən mövsüm “Arsenal”, “Real” və “Mançester Yunayted” klublarından birinə gedə bilərdi, amma Çempionlar Liqasını “Yuventus”la qazanmaq istədiyi üçün bütün təkliflərdən imtina etdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button