Alleqri: “Böyük matç keçirəcəyimiz üçün narahatıq”

Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko” ilə qarşılaşacaq “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri, matçdan əvvəl açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, rəqibi dəyərləndirən 51 yaşlı mütəxəssis, çətin oyun olacağını deyib:

“Atletiko” son illərdə 3 dəfə Avropa Liqasının qalibi olub, 2 dəfə Çempionlar Liqasında finala yüksəlib. Onlar son illərdə Avropanın ən yaxşı komandalarından biridir. Sabah (bu gün) bu rəqibə qarşı ən yaxşı şəkildə oynamalıyıq. Böyük matç keçirəcəyimiz üçün narahatıq.

Madriddəki oyunda ilk hissəni yaxşı keçirsək də, nəticədə məğlub olduq. Bu gün azarkeşlərimizin dəstəyi ilə meydanda çox aqressiv oyun göstərməyə məcburuq”.

“Yuventus” – “Atletiko” oyunu bu gün, saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button