“Allahın köməyi ilə daha güclü formada qayıdacam” – “Qarabağ”ın keçmiş futbolçusu

“Qarabağ”ın keçmiş futbolçusu Donald Gerye Haiti millisinə dəvət almaması ilə bağlı açıqlama verib.

Komanda.az Haiti mətbuatına istinadən xəbər verir ki, müdafiəçi, hazırda formada olmadığını bildirib:

“Düşünürəm ki, baş məşqçinin seçimi məntiqlidir. Çünki neçə vaxtdır klub axtarışında olduğumdan, hazır deyiləm. İnanıram ki, Allahın köməyi ilə daha güclü formada qayıdacam. Onlara uğurlar”.

Gerye KONKAKAF Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kuraçao ilə keçiriləcək oyunlar üçün yığmaya çağırılmayıb. O, bir müddətdir oynamadığı üçün və hazırda klubsuz olduğuna görə baş məşqçi Mark Kollat futbolçuya dəvət göndərməyib.

“Qarabağ” Gerye ilə yollarını bu yay ayırıb.