Alkaser “Bavariya” ilə matçda olacaq? – Açıqlama

“Borussiya” (Dortmund) Almaniya Bundesliqasının 28-ci turunda səfərdə “Bavariya” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Dortmund təmsilçisi bu qarşılaşmaya ciddi itkiylə çıxa bilər. Bu barədə komandanın baş məşqçisi Lusyen Favr klubun saytına açıqlamasında deyib. O, hücumçu Pako Alkaserin “Bavariya” ilə matçda iştirakının sual altında olduğunu bildirib:

“Hələ ki, nəsə demək çətindir. Alkaserin kiçik problemi var. Ancaq oyunda iştirak edə bilər. Onun son vəziyyəti oyun günündə dəqiq bilinəcək”.

“Bavariya” – “Borussiya” matçı sabah, saat 20:30-da start götürəcək.