“Ehtiyat oyunçular oturacağında gözləmək mənlik deyil”

İngiltərənin “Liverpul” klubunun qapıçısı Adrian komandanın digər qolkiperi Alisson Bekkerlə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu, “qırmızılar”ın əsas qapıçısı olmaq üçün mübarizə apardığını deyib:

“Alisson sakit və təvazökar futbolçudur. O, əldə etdiyi hər şeyə layiqdir. Keçən mövsüm Çempionlar Liqasının və Amerika kubokunun qalibi oldu. O, dünyanın ən yaxşı qapıçısı kimi tanınıb. Amma Alissonun arxayınlaşmasına imkan vermərəm. Onunla birlikdə çox vaxt keçiririk, amma rəqabət aparmaq üçün burdayam. Ehtiyat oyunçular oturacağında gözləmək mənlik deyil”.