Alim Nəbiyev Fransadan qələbə ilə dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib.

Komanda.az xəbər verir ki, təmsilçimiz Fransanın Strasburq şəhərində keçirilən “Glory64” çərçivəsində rinqə çıxıb.

Yarımorta çəki dərəcəsində çıxış edən Nəbiyev Surinam əsilli hollandiyalı Murtela Qroenhartla qarşılaşıb. “Glory” seriyasının reytinq birincisi olan idmançımız bu görüşdən qalib ayrılıb. Alim rəqibini hakimlərin rəyi ilə məğlub edib – 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28).

Bu, kikboksçumuzun peşəkar rinqdə keçirdiyi 58-ci döyüşdə 51-ci, “Glory” seriyasında keçirdiyi 6-cı görüşdə 5-ci qələbəsi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button