Aleksandr Səmədov yenidən “Lokomotiv”də

Futbol üzrə Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov yenidən “Lokomotiv”ə qayıdıb.

Komanda.az xəbər verir ki, əslən azərbaycanlı keçmiş futbolçu bu klubun gənclər üzrə seleksioner vəzifəsinə təyin olunub.

Bu barədə Moskva klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Aleksandr Səmədov 2005-2008 və 2012-2016-cı illərdə “Lokomotiv”də oynayıb. Ümumilikdə, bu komandada 215 matça çıxan və 37 qol vuran yarımmüdafiəçi 2019-ci ilin yayında futbolçu karyerasını başa vurub.