“Albasete” yeni mövsümdə ilk xalını İsrafilovsuz qazandı

Futbol üzrə İspaniya 2-ci liqasında 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Real Ovyedo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

İsrafilov bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

4 turdan sonra cəmi 1 xalı olan “Albasete” 22 iştirakçı arasında 20-ci pillədə qərarlaşıb.