Albaniya yığmasının üzvü “Roma”da

“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt klubu A Seriyasının digər təmsilçisi “Verona”dan alban müdafiəçi Maraş Kumbullanı heyətinə qatıb.

Bu barədə “canavarlar”ın mətbuat xidməti məlumat yayıb. Albaniya yığmasının da formasını geyinən 20 yaşlı mərkəz müdafiəçisi satınalma şərti ilə iki illik icarəyə götürülüb.

İtaliya vətəndaşlığı da olan Kumbulla, “Verona”nın öz yetirməsidir. O, 2018-ci ildən bu klubun əsas komandasında çıxış edirdi.