“Alanyaspor”un futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin “Alanyaspor” klubunun yunan futbolçusu Emmanuil Siopisdə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə hazırda ölkəsində istirahətdə olan futbolçunun koronavirus testindən keçdiyi və virusa yoluxduğu bildirilib. Hazırda Yunanıstanda karantinə alınan 26 yaşlı futbolçunun durumuna təkrar testdən sonra aydınlıq gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button