“Bavariya”dan ayrılır?

“Bavariya” ilə müqaviləsi növbəti mövsümün sonunda başa çatacaq David Alaba qərarını verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi, Münhen klubunun yeni müqavilə təklifindən imtina edib. Alabanın klubun təklifini uyğun görmədiyi və tərəflər arasında danışıqların dayandığı bildirilir. Müzakirələrin bir neçə həftə sonra yenidən başlayacağı gözlənilir. Danışıqlar yenidən uğursuz yekunlaşsa, Alaba mövsümün sonunda komandadan ayrılacaq.

2010-cu ildən “Bavariya”nın şərəfini qoruyan Alaba, cari mövsümdə 28 oyunda iştirak edib.