Avropa Liqası: Yarımfinalın ilk oyunlarına təyinatlar açıqlandı

Avropa Liqasının 1/2 final mərhələsinin ilk oyunları üçün təyinatlar açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Ayntraxt” – “Çelsi” matçını İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Karlos del Serro olacaq. Ona Xuan Yuste və Roberto Alonso kömək edəcək. VAR hakimi Xesus Xil Mansano, köməkçisi Xose Sançes olacaq. Oyunun 4-cü hakimi funksiyasını isə Raul Kabanero yerinə yetirəcək.

“Arsenal” – “Valensiya” matçı isə fransalı hakimlər briqadasına tapşırılıb. Matçı Kleman Tyurpen idarə edəcək. Ona Nikolya Dano və Siril Qrinqor kömək edəcəklər. Dördüncü hakim Hişam Zakrani, VAR hakimləri isə Ryuddi Byuke ilə Benua Bastyen olacaq.

Hər iki qarşılaşma mayın 2-də, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button