Avropa Liqası: “Arsenal” “Napoli”yə rəqib oldu

Bu gün UEFA Avropa Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbir saat 16:00-da start götürüb.

Püşk iki İspaniya klubunu üz-üzə gətirib. Turnirin favoritlərindən sayılan “Arsenal” isə bu mərhələdə “Napoli” səddini keçməyə çalışacaq.

Avropa Liqasının 1/4 final mərhələsinin oyunları 11-18 apreldə, yarımfinalın görüşləri isə 2-9 may tarixlərində keçiriləcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşünün nominal meydan sahibi “Benfika” – “Ayntraxt” cütünün qalibi – “Slaviya” – “Çelsi” cütünün qalibi olacaq. 

Avropa Liqası, 1/4 final mərhələsi

Napoli (İtaliya) – Arsenal (İngiltərə)
Vilyarreal (İspaniya) – Valensiya (İspaniya)
Benfika (Portuqaliya) – Ayntraxt (Fraknfurt, Almaniya)
Slaviya (Praqa, Çexiya) – Çelsi (İngiltərə)

Avropa Liqası, yarımfinal

Napoli /Arsenal – Vilyarreal/Valensiya
Benfika/Ayntraxt – Slaviya/Çelsi