AL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

UEFA Avropa Liqasında 1/4  final mərhələsinin oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ən yaxşı futbolçu adına Tayson (“Şaxtyor”), Karl-Yohan-Yansson (“Kopenhagen”), Nikolo Barella (“İnter”) və Lukas Okampos (“Sevilya”) namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.