AL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az turnirin saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Tottenhem”dən Dele Alli, “Arsenal”dan Pyer-Emerik Obameyanq, “Reyncers”dən Alfredo Morelos və “Molde”dən Andreas Linde namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.