AL: Həftənin ən yaxşısı adına namizədlər

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, həftənin ən yaxşısı adına “Ayntraxt”dan Filip Kostiç, “Slaviya”dan Petr Şevçik, “Çelsi”dən Pedro Rodriqes və “Valensiya”dan Toni Lato namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.