AL: Həftənin ən yaxşısı adına namizədlər

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, həftənin ən yaxşısı adına “Çelsi”dən Pedro Rodriqes, “Valensiya”dan Rodriqo, “Ayntraxt”dan Kevin Trapp və “Renn”dən İsmaila Sarr namizəd görülüb.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.