AL: Həftənin ən yaxşısı adına namizədlər açıqlandı

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, həftənin ən yaxşı oyunçusu adına Serdar Azmun (“Zenit”), Patson Daka (“Zalsburq”), Pablo Sarabia (“Sevilya”) və Kallum Hadson-Odoi (“Çelsi”) namizəd olub.

Qalib, azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.