AİPS Messini ilin ən yaxşı idmançısı elan etdi

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) 2019-cu ildə dünyanın ən yaxşı idmançılarını açıqlayıb.

Komanda.az xəbər verir ki, 102 ölkədən 331 jurnalistin iştirak etdiyi səsvermədə ayrı-ayrılıqda həm qadın, həm də kişi idmançıların siyahısı açıqlanıb.

Beləliklə, kişilər arasında Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun üzvü Lionel Messi ilin ən yaxşı idmançısı elan olunub.

Qadınlar arasında isə ABŞ-ı təmsil edən gimnast Simona Baylz ən yaxşı seçilib.

Hər iki kateqoriyada ilk 5 yeri tutan idmançıları təqdim edirik:

Kişilər

  1. Lionel Messi (futbol) – 394 (13,11%)
  2. Eliud Kipçoqe (atletika) – 361 (12,01%)
  3. Rafael Nadal (tennis) – 282 (9,38%)
  4. Kriştiano Ronaldo (futbol) – 240 (7,98%)
  5. Luis Həmilton (Formula1) – 232 (7,72%)

Qadınlar

  1. Simona Baylz (gimnastika) – 452 (15,04%)
  2. Meqan Rapino (futbol) – 406 (13,51%)
  3. Şelli Ann Freyzer-Prays (atletika) – 331 (11,01%)
  4. Katinka Hossu (üzgüçülük) 302 (10,05%)
  5. Mikaela Şiffrin (dağ xizəyi idmanı) – 232 (7,72%)
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button