AİJF mükafat məbləğini açıqladı: 500 manat

Bu gün Azərbaycan Radiosunda yayımlanan “Extra time” verilişinin qonağı Azərbaycan İdman Jurnalistləri Federasiyasının rəhbəri Qabil Mehdiyev olub.

Komanda.az xəbər verir ki, o, qurumun idman jurnalistləri üçün həyata keçirəcəyi layihələrdən bəhs edib:

“Bu gün ölkə mətbuatına KİVDF öz köməkliyini edir. Əgər idman mediası da ölkə KİV-nin tərkib hissədirsə, onlar da bundan yararlanmaq hüququna malikdir. Bununla bağlı biz KİVDF-yə müraciət edəcəyik. Eyni zamanda il ərzində AİJF-nin də müxtəlif tədbirlərlə bağlı yazı müsabiqələri olacaq ki, qalib jurnalistlər mükafatlandırılacaq. İlkin olaraq 1-ci yerin sahibinə 500, 2-ci yeri tutana 300, 3-cü olana isə 200 manat məbləğində pul mükafatı veriləcək. Qalibləri isə yalnız idarə heyəti müəyyən etməyəcək. İH-nin nəzdində komissiya yaradılacaq. Burada veteran idman jurnalistləri, idman ictimaiyətinin təcrübəli simaları təmsil olunacaq. Yekun rəyə əsasən ən yaxşılar müəyyən olunacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button