“Bütün futbolçuların ağlında “Mançester Yunayted”lə oyun var” – Arturo Vidal

“Barselona”nın futbolçusu Arturo Vidal La Liqanın 32-ci turunda “Hueska” ilə oyundan (0:0) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan çilili yarımmüdafiəçi, həm La Liqanı, həm də Çempionlar Liqasını qazanmaq istədiklərini deyib:

“Komandadakı bütün futbolçuların ağlında “Mançester Yunayted”lə Çempionlar Liqasındakı oyun var. Çətin olacaq, ancaq həm La Liqanı, həm də Çempionlar Liqasını qazanmaq istəyirik.

Qarşıda çox oyunumuz var. Addım-addım gedəcəyik. Hazırda bütün diqqətimizi “Mançester Yunayted”ə verməliyik”.

“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Mançester Yunayted”i 1:0 hesabıyla məğlub edib. Komandalar arasında “Kamp Nou”da keçiriləcək cavab qarşılaşması aprelin 16-da olacaq.