“Neftçi”də Füzuli Məmmədova qarşı “cəbhə”: Quliyevlə Sultanov baş məşqçinin istəmədiyi futbolçunu gətirir

Yeni mövsümdə Avropa Liqasında mübarizə aparacaq “Neftçi” transfer çalışmalarını davam etdirir.

“Ağ-qaralar” hələ ki, “Keşlə”dən Cabir Əmirlini heyətinə qatıb. “Neftçi”nin yay transfer pəncərəsi dövründə bir neçə legioneri heyətinə qatacağı da gözlənilir.

Transfer çalışmalarının davam etdiyi bir dövrdə “Neftçi”də vəziyyət bir qədər gərgindir. Komanda.az-a daxil olan məlumata görə, paytaxt klubunda idman direktoru Ceyhun Sultanovla komandanın baş məşqçisi Fizuli Məmmədov arasında qarşıdurma yaranıb. Belə ki, Sultanov “Neftçi”yə artıq bir legioner gətirmək üzrədir. Amma adı hələlik məlum olmayan bu futbolçu, Fizuli Məmmədov tərəfindən istənilmir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilmir. Klubun prezidenti Kamran Quliyev də idman direktorunun tərəfindədir.

Geridə qalan mövsümdə “Neftçi”nin uğursuz çıxışını qəbul edə bilməyən yerli azarkeşlər zaman-zaman oyunlarda Quliyevin və Sultanovun istefasını tələb ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button