Aftandil Hacıyev: “Xüsusi bir dəyişikliyə ehtiyac yoxdu”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 7-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, komandasının 1:2 hesabıyla uduzduğu oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Rəqib layiqli qələbə qazandı. Buna baxmayaraq, komandamızdan razı qaldım. İlk hissədə standart vəziyyətdən 2 qol buraxdıq. Halbuki onların ən üstün cəhətinin bu olduğunu bilirdik. Buna görə oyunçulara tapşırıq verilmişdi, sadəcə, futbolçularımız diqqətsizliyə yol verdi. İkinci hissədə pressinqlə çıxış etdik. Dəyişikliklərə baxmayaraq, xal qazana bilmədik. Buna görə məyusuq. İlk dövrənin ümumi nəticələrini qənaətbəxş saymaq olar. Daha yaxşı ola bilərdi. Yaranmış fasilədən istifadə etməyə çalışacağıq. Oyunumuzu yaxşılaşdırmaq barədə düşünürük. Avroliqada fərqli, çempionatda fərqli heyətlə çıxış etdik. Turdan-tura artırmaq lazımdı. Oyunumuzda inkişaf hiss olunur. Düşünürəm ki, bu gün də azarkeşlər oyundan həzz aldılar. Xüsusi bir dəyişikliyə ehtiyac yoxdu. Oyunçu ala bilsək, daha rəqabətli komanda ola bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button