Afrika Millətlər Kuboku: Beninlə Seneqal 1/4 finalda

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Öncə Mərakeş və Benin yığmaları qarşılaşıb. Matçın əsas vaxtında qalib müəyyənləşməyib. 1/4 finalçının adına penalti seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Benin yığması növbəti mərhələyə vəsiqə qazanıb.

Günün digər oyunu Uqanda və Seneqal yığmaları arasında baş tutub. Seneqal futbolçuları minimal hesabla qalib gələrək, 1/4 finala vəsiqə əldə ediblər.

Afrika Millətlər Kuboku, 1/8 final

5 iyul

Mərakeş – Benin 1:1 (penaltilər 1:4)
Qol
: En-Nesiri, 76 – Adilehu, 53.

Uqanda – Seneqal 0:1
Qol
: Mane, 15.

6 iyul

20:00. Nigeriya – Kamerun
23:00. Misir – CAR

7 iyul

20:00. Madaqaskar – Konqo
23:00. Əlcəzair – Qvineya

8 iyul

20:00. Mali – Fil Dişi Sahili
23:00. Qana – Tunis

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button