Afrika Millətlər kubokunun ən yaxşısı

Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, Əlcəzair millisinin üzvü İsmael Bennaser turnirin ən yaxşı oyunçusu adına layiq görülüb. Bu barədə Afrika Millətlər kubokunun rəsmi “tvitter” hesabı məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi iştirak etdiyi 7 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Afrika Millətlər kubokunun final matçında Seneqalı 1:0 hesabıyla məğlub edən Əlcəzair millisi turnirin qalibi olub.