Afrika Millətlər Kuboku təxirə salındı

2023-cü ilin yayında Fil Dişi Sahilidə keçirilməli olan Afrika Millətlər Kuboku təxirə salınıb.

Komanda.az xəbər verir ki, turnir 2024-cü ilin yanvar-fevral aylarında keçiriləcək. Bu barədə Afrika Futbol Konfederasiyasının prezidenti Patris Motsepe açıqlama verib. Motsepe təqvim dəyişikliyinin iqlimlə əlaqəli olduğunu deyib:

“Daşqın zamanı oyun oynamaq istəmirik, bu, böyük riskdir. Bu, Afrika futbolunun imicinə mənfi təsir göstərə bilər. Düzdür, bəziləri yağışın mane olmayacağına inanır. Amma biz risk etməmək qərarına gəldik”.

O, yeni yaradılan Afrika Super Liqasının ilk mövsümünün isə gələn ilin avqustunda keçiriləcəyini bildirib. Turnirdə FİFA reytinqinə əsasən seçiləcək 24 komanda iştirak edəcək. Bu komandalar 3 regional qrupa bölünəcək və 16 klub pley-offa yüksələcək.

Bizi Telegramda izləyin