Afrika Millətlər Kuboku: Finalçılar bəlli oldu

Futbol üzrə Afrika Millətlər Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, finala vəsiqə uğrunda öncə Seneqal və Tunis yığmaları mübarizə aparıb. Minimal hesabla qələbə qazanan seneqallılar həlledici oyunda iştirak hüququ əldə ediblər.

Daha sonra meydana Əlcəzair və Nigeriya milli komandaları çıxıb. Üç qolun qeydə alındığı qarşılaşma əlcəzairlilərin qələbəsiylə yekunlaşıb.

Beləliklə, iyulun 19-da baş tutacaq final qarşılaşmasında Seneqal və Əlcəzair yığmaları qarşılaşacaq. İyulun 17-də isə yarımfinalda uduzan kollektivlər – Tunis və Nigeriya milliləri üçüncü yer uğrunda oyun keçirəcəklər.

Afrika Millətlər Kuboku, yarımfinal

14 iyul

Seneqal – Tunis 1:0
Qol
: Bronn, 100-öz qapısına.

Əlcəzair – Nigeriya 2:1
Qol
: Troost-Ekonq, 40-öz qapısına. Mahrez, 90+5 – İqalo, 73.