Afrika Çempionlar Liqasında biabırçılıq

Afrika Futbol Konfederasiyası (CAF) Çempionlar Liqasının qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, həlledici görüşdə Mərakeşin “Vidad” klubu ilə Tunisin “Esperans”ı qarşılaşıb. Qarşılaşmanın 58-ci dəqiqəsində “Vidad”ın vurduğu qol, hakim tərəfindən sayılmayıb. Baş hakim Bakari Qassamanın VAR sisteminə müraciət etmədiyini görən “Vidad” klubunun futbolçuları meydanı tərk edib.

Qassama, oyunun 1,5 saatdan artıq dayanmasından sonra 58-ci dəqiqəyə qədər 1:0 hesabıyla öndə olan “Esperans”ı çempion elan edib.

Tunis təmsilçisi klub tarixində 4-cü dəfə CAF çempionu olub.