AFFA-ya super təklif: Axtardığınız məşqçi İngiltərədədir!

Mız

İki ay e! İki aydır Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçi postu boş qalıb e, a kişi. AFFA rəhbərliyi hansı çəkidə, hansı boyda, hansı rəngdə məşqçi axtarır, bunu bir Allah bilir, bir də özləri.

Amma bizim həddən artıq seçici, suyu da üfürə-üfürə içən, özünə ideal kişi… pardon, milli komandaya ideal məşqçi axtaran AFFA rəhbərliyinə çox əla bir təklifimiz var.

Bəylər, cənablar, yoldaşlar, axtardığınız məşqçi İngiltərədədir. Yəqin eşitmiş olarsız, İngiltərənin 7-ci liqasında mübarizə aparan “Vingeyt Finçley” klubu baş məşqçi vəzifəsinə robot gətirib. İngilislər süni intellekt vasitəsilə oyunların start heyətlərini, düzülüşünü, taktiki sxemini müəyyənləşdirəcəklər. Bundan gözəl məşqçi? Ay AFFA rəhbərliyi, nəyi gözləyirsiz, tez ingilislərlə əlaqə saxlayın, o robotdan birini də siz alın, qoyun millinin başına. Nə məvacib dərdiniz olacaq, nə də istefaya göndərmək. Həm də, öz aramızdır, ətdən, qandan, sümükdən olan məşqçilərin sizin milli komandanın futbolçularını futbolçu edə bilmədiyini neçə ildir görürük, bəlkə bunu elə robot bacaracaq? Hə, nə deyirsiz, gətirirsiz robotu Azərbaycan millisinin baş məşqçi postuna?

Mızbaz

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button