AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

Futbol üzrə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Varşavadakı “Wojska Polskiego” stadionunda keçirilmiş “Legiya” (Polşa) – “Qarabağ” oyunundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla telefonla əlaqə saxlayıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, AFFA prezidenti möhtəşəm qələbə, növbəti dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanması münasibətilə komandanın bütün üzvlərini Azərbaycan futbol ailəsi adından təbrik edib. Abdullayev Ağdam təmsilçisinin kollektivinə Avroliqanın qrup mərhələsində uğurlar arzulayıb.