Elxan Məmmədov Kipr Futbol Assosiasiyasının prezidenti ilə görüşdü FOTO

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Kipr Futbol Assosiasiyasının rəsmiləri ilə görüşüb.

Komanda.az xəbər verir ki, bu barədə “kerkida.net” saytı məlumat yayıb. Kipr Futbol Assosiasiyasının prezidenti Giorqos Kumasın da iştirakıyla dünən iki federasiya nümayəndələri arasında görüş keçirilib.

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində bu gün səfərdə Kiprlə qarşılaşacaq. Nikosiyadakı GSP stadionunda keçiriləcək görüş saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button