AFFA rəsmisi “Ayaks” – “Borussiya” oyununa təyinat aldı

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Oktyabrın 19-da UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “Ayaks” (Niderland) – “Borussiya” (Dortmund, Almaniya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.