AFFA rəsmisi Avropa Liqası oyununda

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində oktyabrın 1-də keçiriləcək  “Dinamo” (Brest, Belarus) – “Ludoqorets” (Bolqarıstan) qarşılaşmasının UEFA nümayəndəsi Könül Mehtiyeva olacaq.