AFFA milli komandalar üçün tərəfdaş tapdı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası “ASIA Motors” MMC “MG Motors Azerbaijan”la əməkdaşlığa başlayıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müqaviləni qurumun baş katibi Sərxan Hacıyev və “ASIA Motors” şirkətinin direktoru Elmir Xəlilov imzalayıb.

Anlaşmaya əsasən, şirkət 1 il ərzində AFFA və Azərbaycan milli komandalarının tərəfdaşı olacaq.