AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar verilib:

Premyer Liqanın 5-ci turunun “Sabah” – “Keşlə” oyununda “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın 5-ci turunun “Qəbələ” – “Sumqayıt” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın 5-ci turunun “Zirə” – “Neftçi” oyununda “Zirə” klubu stadiona gələrkən gecikdiyi üçün klub 800 manat cərimə olunur.

“Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

“Zirə” – “Neftçi” oyununda ehtiyat qapı standartlara uyğun olmadığı üçün meydan sahibi klub 800 manat cərimələnir.

I Divizionun 1-ci turunun “Keşlə-2” – “Kəpəz” oyununda “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Keşlə-2” – “Kəpəz” oyununda “Keşlə-2” klubunun futbolçusu Fərid Nadirov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Keşlə-2” – “Kəpəz” oyununda oyunun 46-cı dəqiqəsində “Keşlə-2” klubunun 78 nömrəli oyunçusunun yerinə  protokolda adı qeyd olunmayan 54 nömrəli oyunçu meydana daxil olduğu üçün hesab olduğu kimi qalaraq “Keşlə-2” klubuna texniki məğlubiyyət verilir və klub 400 manat cərimələnir.

I Divizionun 1-ci turunun “Sumqayıt-2” – “Qarabağ-2” oyununda “Sumqayıt-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Sumqayıt-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Sumqayıt-2” – “Qarabağ-2” oyununda “Sumqayıt-2” klubunun 19 nömrəli futbolçusu Nurlan Quliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Sumqayıt-2” – “Qarabağ-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur.

“Sumqayıt-2” – “Qarabağ-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnir.

I Divizionun 1-ci turunun “Neftçi-2” – “Sabah-2” oyununda “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Neftçi-2” – “Sabah-2” oyununda “Sabah-2” klubunun 60 nömrəli futbolçusu Abbas Ağazadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

I Divizionun 1-ci turunun “Qaradağ Lökbatan” – MOİK oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnir.

Qaradağ Lökbatan” – MOİK oyununda “Qaradağ Lökbatan” komandasının “A” buraxılış vəsiqələri olmadığı üçün klub 80 manat cərimələnir.

I Divizionun 1-ci turunun “Zaqatala” – “Turan Tovuz” oyununda “Zaqatala” klubunun 28 nömrəli futbolçusu Rüstəm Nuruyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Zaqatala” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun futbolçusu Vidadi Cəfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Zaqatala” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun futbolçusu Elmir Tağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Zaqatala” – “Turan Tovuz” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslər vaxtında təmin olunmadığı üçün meydan sahibi klub 80 manat cərimələnir.