“Neftçi”nin futbolçusunun cəzası açıqlandı – “Sumqayıt” 800 manat cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar verilib:

Premyer Liqanın 6-cı turunun “Səbail” – “Keşlə” oyununda “Səbail” klubunun futbolçusu Adil Nağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

“Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun Mamadu Kane qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

“Sumqayıt” – “Zirə” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Zirə” klubunun 5 nömrəli futbolçusu Kərim Diniyev oyunun 90+3-cü dəqiqəsində sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır; klub 200 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button