Kubokun finalı “Qəbələ”yə 800, “Sumqayıt”a 1600 manata başa gəldi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan kubokunun final oyunu olan “Qəbələ” – “Sumqayıt” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Oyunun 90+5-ci dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Cavid Tağıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.