1-ci divizion: Hakimi təhqir edən baş məşqçinin cəzası bilindi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar verilib:

1-ci divizionun 2-ci turunun MOİK – “Turan Tovuz” oyununda MOİK klubunun baş məşqçisi Ramil Əliyev görüşün 55-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur.

“Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Sabah-2” – “Kəpəz” oyununda “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Kəpəz” klubunun 21 nömrəli futbolçusu Novruz Məmmədov qeyri-idmani hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Zaqatala” – “Neftçi-2” oyununda “Zaqatala” klubunun futbolçusu Roini İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Neftçi-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Keşlə-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.