AFFA Premyer Liqa klublarına top payladı

AFFA ilə “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən hər bir kluba 25 (iyirmi beş), Birinci Divizionda mübarizə aparan hər kluba isə 10 (on) ədəd top verilib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Mövcud əməkdaşlıq çərçivəsində 2019/2020-ci il mövsümündə və cari mövsüm ərəfəsində də Premyer Liqa klublarına “Nike” topları təqdim olunmuşdu.