AFFA Quba təmsilçisini Yüksək Liqadan kənarlaşdırdı

AFFA futzal üzrə Yüksək Liqada mübarizə aparan “Premier” komandasının liqadan kənarlaşdırıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Yüksək Liqanın “Premier” (Quba) – EKOL matçında “Premier” (Quba) komandası təyin olunan vaxtda meydana çıxmadığına görə kluba 0:5 hesablı məğlubiyyət verilib. Bu hal artıq 3-cü dəfə təkrarlandığı üçün “Premier” komandası Yüksək Liqadan kənarlaşdırılıb.