AFFA Elmar Baxşıyevi cəzalandırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın 23-cü turunun “Qəbələ” – “Sumqayıt” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur.

“Qəbələ” – “Sumqayıt” oyununda meydançaya kənar şəxs daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

“Qəbələ” – “Sumqayıt” oyununda matçın 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun şərti olmaqla, 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir.

“Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

“Qarabağ” – “Şamaxı” oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib.

1-ci divizionun 22-ci turunun “Sumqayıt-2” – “Zirə-2” oyununda “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

Qaradağ Lökbatan” – “Zaqatala” oyununda “Qaradağ Lökbatan” klubunun 77 nömrəli futbolçusu Sərxan Abdullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Kəpəz” – “Səbail-2” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Qəbələ” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.