AFFA-dan Riad Rəfiyevə xəbərdarlıq

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın 2-ci turunun “Sabah” – “Keşlə” matçının 74-cü dəqiqəsində “Keşlə” klubunun futbolçusu Sezar Meza Kolli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Premyer Liqanın 2-ci turunun “Zirə” – “Neftçi” matçının 80-ci dəqiqəsində “Zirə” klubunun məşqçisi Anar Niftəliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

Premyer Liqanın 2-ci turunun “Sumqayıt” – “Səbail” matçı başa çatdıqdan sonra “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev və baş məşqçi Ayxan Abasov oyunun hakiminin qərəzli idarə etməsi haqqında fikirlər bildirmişdilər.

İntizam Komitəsi Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abasova bu hala görə ciddi xəbərdarlıq edir. Bu hal təkrar olunarsa, şəxslər İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaqlar.

Birinci divizionun 1-ci turunun “Qaradağ Lökbatan” – “Sumqayıt-2” matçında “Qaradağ Lökbatan” klubunun “A” buraxılışından istifadə etməməsinə görə klub 80 manat cərimə olunur.

“Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında təsdiq etmədiyinə görə klub 80 manat cərimə olunur.

Birinci divizionun 1-ci turunun “Neftçi-2” – “Keşlə-2” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

Oyunun 47-ci dəqiqəsində “Keşlə” klubunun futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Oyunun 75-ci dəqiqəsində “Neftçi” klubunun futbolçusu Nihad Qurbanlı sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 1-ci turunun “Zaqatala” – “Sabah-2”  matçının 24-cü dəqiqəsində “Zaqatala” klubunun futbolçusu Bəhruz Teymurov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

“Sabah-2” klubunun nümayəndəsinin oyunöncəsi iclasda iştirak etməməsinə görə klub 80 manat cərimə olunur.

Birinci divizionun 1-ci  turunun “Zirə-2” – “Ağsu” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunöncəsi iclasda təcili tibbi yardım nümayəndəsi iştirak etmədiyinə görə meydan sahibi klub 40 manat cərimə olunur.

Birinci divizionun 1-ci  turunun “Səbail-2” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə meydan sahibi klub 80 manat cərimə olunur (minumum 18 yaş).

Birinci divizionun 1-ci  turunun “Kəpəz” – MOİK matçında “Kəpəz” klubunun “A” buraxılışından istifadə etməməsinə görə klub 80 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button