AFFA-dan Aslan İsmayılovun ittihamlarına cavab

Hüquqşünas Aslan İsmayılovun “feysbuk” sosial şəbəkəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və “Keşlə” klubu barədə ittiham dolu paylaşım etdiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, İsmayılov, AFFA və “Keşlə” klubunun rəhbərliyini korrupsiyada ittiham edib. Bununla bağlı AFFA rəsmi saytında hüquqşünasa cavab verib:

“İlk növbədə, onu qeyd edək ki, AFFA azsaylı ictimai-idman təşkilatlarından biridir ki, hər il hesabat konfransında futbol ictimaiyyətinin, mətbuat nümayəndələrinin və dövlət strukturları təmsilçilərinin, həmçinin üzvü olduğu FİFA və UEFA kimi beynəlxalq təşkilatların rəsmilərinin qarşısında fəaliyyəti ilə bağlı hesabat verir və həmin hesabata AFFA-nın gəlirləri və xərcləri ilə bağlı maliyyə hesabatları da daxildir. 2010-cu ildən bu ilə qədər AFFA-nın bütün hesabatları assosiasiyanın saytında yerləşdirilib və maraqlanan hər kəs həmin hesabatlarla tanış ola bilər. Özünü hüquqşünas adlandıran istənilən şəxs bu cür ittihamları səsləndirən zaman konkret hüquqi sənədlərə istinad etməli, populizm ilə məşğul olmamalıdır. Aslan İsmayılov qeyd olunan “facebook” paylaşımı ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının işgüzar nüfuzuna xələl gətirdiyi üçün onun barəsində müvafiq strukturlara müraciət etmək hüququnu özümüzdə saxlayırıq”.

İsmayılov, “Keşlə” klubunun artıq iki ildir ki, “ASK Arena” stadionunun 5 min 800 manat olan icarə pulunu ödəmədiyini yazıb. O, bununla bağlı dəfələrlə AFFA-nın baş katibi Elxan Məmmədova və “Keşlə”nin prezidenti Zaur Axundova müraciət etməsinə baxmayaraq, müsbət cavab almadığını bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button