Adeniyi “Qəbələ”dən ayrı düşdü


“Qəbələ” 2018/19 mövsümünün ikinci yarısına hazırlığı davam etdirir.

Komanda.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “qırmızı-qaralar” hazırlıq prosesinin ikinci gününü arxada qoyub.

Komanda günü iki məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında baş tutan məşq prosesləri toplu və topsuz çalışmalardan ibarət olub.

“Qaradağ Lökbatan”la yanvarın 12-də Bakıda keçirilən yoxlama oyununda zədələnən Ceyms Adeniyi fərdi hazırlıq keçib. Onun iki günə kollektiv çalışmalara qatılacağı gözlənilir.